adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Aprel 2021 12:45
28198
ŞOU-BİZNES
A- A+

 “Avroviziya 2021”  səhnəsi  quraşdırılır: Rotterdamdan - VİDEO  

Bildiyiniz kimi 18-22 mayda Rotterdamda “Avroviziya 2021” müsiqi müsabiqəsi keçiriləcək. 

Adalet.az xəbər verir ki, artıq Rotterdamda “Avroviziya 2021”in keçiriləcəyi səhnənin quraşdırılmasına da start verilib.
“Niderland televiziyası tarixində ən mürəkkəb şou üçün səhnənin, səhnə arxasının, mətbuat mərkəzinin və digər infrastrukturun qurulması üzrə işlər koronavirusla mübarizə tədbirlərinə ciddi şəkildə riayət olunmaqla, gecə və gündüz aparılacaq”, - deyə tədbirin təşkilatçıları press-relizdə bildiriblər.  Görüntülər sosial şəbəkələrdə paylaşılıb və seyrçilərin marağına səbəb olub.

Qeyd edək ki, sayca 65-ci yarışma “Açıl” (Open Up) şüarı ilə təşkil olunacaq.
 

Əntiqə Rəşid