ABŞ-da mənfi reaksiyaya görə iki peyvənd mərkəzi bağlandı
ABŞ-da “Johnson & Johnson” dərman şirkətinin iki kütləvi peyvənd mərkəzi müvəqqəti bağlanıb.
“Wall Street Journal” xəbər verir ki, bunun səbəbi peyvənd edilmiş vətəndaşlarda müəyyən edilən mənfi reaksiyalardır.
Bildirilir ki, Şimali Karolina ştatında vaksinasiya mərkəzi 18 nəfərdə baş verən vəziyyətdən sonra fəaliyyətini dayandırıb.
Dörd nəfər müayinə üçün xəstəxanaya yerləşdirilib. Ümumilikdə mərkəzdə bağlanmadan əvvəl 2,3 mindən çox insan peyvən edilib.
Kolorado ştatında da peyvənd mərkəzi ondan çox insanın yan təsirlərdən şikayətlənməsindən sonra fəaliyyətini dayandırıb.
Şirkətdən bildirilib ki, vaksinlərin yan təsirləri ilə bağlı istənilən məlumatlar diqqətlə araşdırılır.
Digər Xəbərlər
18 Mart 2024 17:57
Türkiyədə fabrikdə partlayış - Ölənlər var
18 Mart 2024 17:25NATO baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri ilə görüşüb
18 Mart 2024 17:21Qəzzada HAMAS-ın təhlükəsizlik departamentinin rəhbəri öldürülüb
18 Mart 2024 16:48Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
18 Mart 2024 16:38