adalet.az header logo
  • Bakı 6°C
09 Aprel 2021 15:37
28477
MƏMLƏKƏT
A- A+

Hikmət Hacıyev Qırğızıstan, Özbəkistan və Qazaxıstandan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşüb.

Adalet.az-ın məlumatına görə, bu barədə Hikmət Hacıyev "twitter" hesabında məlumat verib.

"Qardaş ölkələr Qırğızıstan, Özbəkistan, Qazaxıstandan olan və mediaya məsul nümayəndə heyətləri rəhbərləri ilə görüşdük, bu sahədə əməkdaşlığın inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Müzakirələrimizi sabah Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində davam etdirəcəyik" - deyə paylaşımda qeyd olunub.