adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Mart 2021 15:43
29365
DÜNYA
A- A+

SLIŞ, ÜST, ERMƏNİLƏRLƏ GÜRCÜLƏR … 

İstədim yazam ki, səni it yerinə qoymurlar, dedim  xətirlərinə dəyər. Necə olsa da bu gün dünyanın  yiyəsidilər, acıqlarını  bizdən çıxarlar.

Ona görə qoy yazım ki,  «Slış, ÜST, ermənilərlə gürcülər səni filan yerlərinə almırlar». Elə ruslar da.

Dünən İrəvanda Ermənistanla İslandiya dünya  çempionatının seçmə oyunlarında  meydana çıxmışdılar, stadion tıklım-tıklım doluydu.

Mejduproçim, Ermənistan 2:0 hesabı ilə qalib gəldi. Köpəyoğlunun  ermənisi ikinci qolu lap Messi kimi vurdu.

Söyməyin, futbola baxmırdım, urus kanalın qolları göstərəndə gördüm.

Tiflisdə də Gürcüstan-İspaniya oyununa 15.500 tamaşaçı gəlmişdi. Gürcülər bizim De Byazinin komandası kimi möhtəşəm oyun göstərə bilməsələr də, ispanlarla dör-dör döyüşdülər  və bəxtləri gətirmədi, 93-cü dəqiqədə  top buraxaraq  1:2 hesabı ilə  uduzdular.

Eybi yox, inşallah, biz də ayın 30-da Serbiyanı it leşi kimi  sürüyərik. Komandamıza  uğurlar arzulayıram. Allah bu De Byazini  bizə çox görməsin. Bir Nuriyev   tapıb  gətiriblər ey…