“Nə qədər ki, tarixi şərait imkan verir sülh sazişi imzalanmalıdır”
“Cənubi Qafqazdakı həssas siyasi vəziyyət Azərbaycanla Ermənistan arasında çox tezliklə sülh müqaviləsinin bağlanmasını tələb edir. Əsas odur ki, Ermənistandakı indiki hakimiyyət (Paşinyan) daşnaklardan fərqli olaraq Türkiyə və Azərbaycana qarşı ərazi iddiasının əsassız və yanlış olduğunu qəbul edir”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən bəyan edib ki, gələcəkdə münaqişələr olmasın deyə Azərbaycan-Ermənistan sərhəddinin heç bir tərəfində anklavlar olmamalıdır. Bu məsələni sülhün əsas prinsiplərindən biri sayan N.Paşinyan deyib ki, Ermənistanın ərazisi 29 743 kvadrat kilometr olmalı, sərhədin hər iki tərəfində anklav və eksklav qalmamalı, tərəflər uyğun ölçüdə ərazi mübadiləsi aparmalıdır. Onun sözlərinə görə, bu qənaət Türkmənistanda İlham Əliyevlə son təmaslardan sonra formalaşıb. Əlbəttə, burada önəmli olan Ermənistanın ərazi iddialarından əl çəkməsi və bunu ölkə konstitusiyası olə təsbit etməsidir. Nə qədər ki, tarixi şərait imkan verir sülh sazişi imzalanmalıdır… Vaxt gözləmir!”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

