SON DƏQİQƏ:

Mübariz Mənsimov ev dustaqlığına buraxıldı

  15369   |  
Şriftin ölçüsü  

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı - “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov bu gün məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

Bu barədə “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib.

Xatırladaq ki, İstanbulun Baş Prokurorluğu bir neçə gün öncə Mübariz Mənsimovun sərbəst buraxılmasını istəmişdi.

Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

O, bugünkü məhkəmədə də FETÖ ilə bir bağlılığı olmadığını deyib və tam bəraət istəyib.(modern.az)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK