SON DƏQİQƏ:

Sevgilisi Zlatanla evlənməməyinin səbəbini açıqladı

  15295   |  
Şriftin ölçüsü  

“Milan”ın futbolçusu Zlatan İbrahimoviçin sevgilisi Helena Seger isveçli hücumçu ilə tanışlığından danışıb.

Qol.az xəbər verir ki, o, “Corriere dello Sport”a açıqlamasında 19 ildir Zlatanla birlikdə olmasına baxmayaraq, niyə hələ də onunla evlənmədiyinin səbəbini də izah edib:

“Bir dəfə Malmödə Ferrarisini düzgün park etməmişdi. Avtobolimin qarşısını kəsmişdi. Kobudcasına dedim ki, maşını götür ordan. Həmin an məni bəyəndi. Zlatanla yaşamaq çətindir, amma etiraf edirəm ki, mənimlə də asan deyil.

Zlatanı sevdiyimi düşünürəm, çünki onunla bir çox xüsusiyyətlərimiz eynidir. Mənim də zəngin keçmişim var. Xeyli fədakarlıqlar edərək özümə bir karyera qurmuşam.

Niyə onunla hələ evlənməmişəm? Evlilik mənim müstəqillik hissimi poza bilər. Sadəcə bir futbolçunun həyat yoldaşı və ya gözəllik yarışmalarının qalibi kimi tanınmaq istəmirəm. Düşünürəm ki, insanlar nə qədər oxuduğumu, işlədiyimi və vuruşduğumu bilmir".

Qeyd edək ki, Helena ilə İbrahimoviç 2002-ci ildən birlikdədirlər. Cütlüyün iki övladı var.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK