İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, martın 3-də gecə saatlarında Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılmış və aidiyyatı üzrə Füzuli RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.
Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.
Azad olunmuş ərazilərə qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dosta Göndər :
SON XƏBƏRLƏR
Video
Yazarlar
MARAQLI
DÜNYA
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?
ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Aqil Abbas Vəli Xramçaylıya:
- Vəli, xeyir ola, kefin yuxarıdı?
Vəli:
- Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi hamışını içdim. Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.