adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 23:16
47
KRİMİNAL
A- A+

Holdinq rəhbəri 445 minlik mənimsəməyə görə - Azərbaycana gətirildi

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2019-cu ildə “RX.SƏRDAROĞULLARI HOLDİNQ” MMC-nin direktoru vəzifəsində işləyərkən və eyni zamanda faktiki olaraq baş mühasib vəzifəsini icra edərkən, ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamaqla xeyli miqdarda, ümumilikdə 445.000 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaqla cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 193-1.3.2-ci maddələri) ittiham olunan Azərbaycan vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib.

Nazirliyin sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Türkiyənin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Səfərova Zinyət Məmmədrəsul qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyədən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.