adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2026 18:10
55
İDMAN
A- A+

"Barselona" "Sabah"la oyuna ciddi itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” komandası oyuna ciddi itkilərlə çıxacaq.

Adalet.az xəbər verir ki, İspaniya mətbuatından verilən məlumata görə, Kataloniya təmsilçisinin heyətində 2 aparıcı futbolçu avrokubok matçını buraxacaq. Belə ki, müdafiəçi Andreas Kristensen və yarımmüdafiəçi Rodri zədə səbəbindən “Sabah”la görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.