adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 11:54
58
GÜNDƏM
A- A+

Rəşid Mahmudov: “İnsanı təhsilli olmaq xilas edir”

“İndi cəmiyyətimiz çox çətin bir zamanla üz-üzədir. Gənc oğlanlar əziyyət çəkmək istəmirlər. Qızlarımız isə hər şeyin hazırına sahib olmaq istəyirlər. Ancaq anlamırlar ki, əziyyətsiz insan barsız ağac kimidir. Gənclərimizin ailə məsuliyyəti demək olar ki, yoxdur. Hər kəs yaxşı yaşamaq istəyir. Amma heç kəs də zəhmət çəkmək istəmir. İnanın ki, zəhmətsiz əldə edilən hər şey tez bitir. Əziyyətsiz qazanılan çörəyin isə dadı, bərəkəti olmur”

Bu sözləri Adalet.az-a  açıqlamasında Fəlsəfə doktoru, əməkdar müəllim Rəşid Mahmudov deyib:

“İnsan ancaq əziyyət çəkib inkişaf edə bilər. Dünyanın bütün ölkələrində gənclər oxumaqla nailiyyətlər əldə edir. Bütün valideynlərə səslənirəm: qızlarınızı gənc yaşda ərə verməyin. Onlara təhsil verin. Pulunuzu nimdaş paltara yox, elmə xərcləyin. Elmə xərclənən vəsait batmır, itmir. İnsanı yalnız və yalnız təhsilli olmaq xilas edir. 

Bir zamanlar Badamdar qəsəbəsindən Tibb Universitetinə qədər piyada  gəlirdim. Səbəb isə pulsuzluq idi. İndi imkanım yetdikcə kiməsə dəstək olmağa can atıram. Bu ahıl yaşımda söyülmək istəmirəm. İnsan rəhməti də, lənəti də özü qazanır. 

Bu, danılmazdır ki, təhsilli qızlarla, təhsil almayan qızlar arasında böyük fərq olur. Əlbəttə, istisnalar qaydaları pozmur. Qızlar gələcəyin həyat yoldaşı və anasıdırlar. Ona görə də təhsil onları təkminləşdirir. Təkminləşən qadın isə həyat yoldaşına vəfalı xanım, övladına isə qayğıkeş ana ola bilir. 
Mənim çox böyük nəslim var. Övladlarımı elə tərbiyə etmişəm ki, onlara baxıb mənə pis söz deməsinlər. Onların hər hansı birində bir kiçik səhv görərlərsə, bu cəmiyyət məni öldürər, top atəşinə tutar”.

Əntiqə