Bu tibbi göstəriş Əlillik altsisteminə daxil edilməyəcək
Şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməyəcək.
Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişikik edilib.
Qaydaya əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilir. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.
İndiyə qədər qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanırdı.
Dəyişikliyə görə artıq şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstərişin sistemə daxil edilməsinə dair tələbi ləğv edilir.
Digər Xəbərlər
23 Noyabr 2026 10:01
Şəhərdə təmizliyi pozanlar bu qədər cərimələnəcək
22 Noyabr 2026 16:36
Allahşükür Paşazadə Moskvaya səfər edib
22 Noyabr 2026 16:22
Görünüş məsafəsi məhdudlaşacaq
21 Noyabr 2026 18:00
Leyla Əliyeva Hanoydakı açılış mərasimində - FOTOLAR
21 Noyabr 2026 14:50
Hanoyda Prezident və xanımının şərəfinə rəsmi nahar verildi - FOTOLAR
21 Noyabr 2026 11:42
Aqil Abbas: "Bu, təkcə Ağdamın yox, bütün Azərbaycanın bayramıdır!" - VİDEO
21 Noyabr 2026 11:00
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
21 Noyabr 2026 10:20


Bakı -°C

