Elgiz Əkbər: “Bu hadisədə həmkarlarımı daha yaxşı tanıdım”
Aparıcı Elgiz Əkbər proqramında yaşananlarla bağlı açıqlama verib.
Adalet.az bildirir ki, yaranmış vəziyyətdən çox, həmkarlarının onu müzakirə etməsini qınayıb:
“Bu, canlı efirdir. Hər bir hadisə baş verə bilər. Yəni hər şey gözləniləndir. Emosinal anda hansısa ifadə düzgün səslənməyə bilər. İnsanlar bəzən hislərini cilovlaya bilmirlər. Ona görə də kiçik bir anlaşılmazlıq böyük qalmaqala qədər uzanır. Mən bu hadisədə daha çox həmkarlarımı yaxşı tanıdım. Onsuzda tanıyırdım, indi daha yaxşı tanıdım. Mənə irad tutan adamın efirində onlarla hadisə baş verir. Hazırda ən bahalı reklam onun veriliş üçündür. Səbəb nədir ? Onun digər sosial verilişlərdən nə fərqi var? Evindən qaçan, ailəsindən bezən hamı onun efirindədir. Hətta efirə gəlməyi də ödənişli edib. İnsan danışanda vicdanla, insafla danışmalıdır”.
Əntiqə


Bakı -°C

