adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2026 14:08
42
MƏMLƏKƏT
A- A+

  Evlər niyə bahalaşır!

Bu gün Bakıda mənzillər az qala hər ay bahalaşır. Görünür mənzil bazarında evlərə ən azından böyük ehtiyac var. Çünki hər hansı binanın özülü qoyulan kimi, müştərilər bina tikənlərin başlarının üstünü kəsdirirlər .

Bünövrəsi yenicə qoyulmuş binada mənzil almaq üçün hələ üstəlik müəyyən faiz pul da ödəyirlər. Onda burdan belə bir nəticə çıxarmaq olar ki, təklif və tələb bir- birini  tamamlayır! Bununla yanaşı, tikinti materialları bazarında da bir çox inşaat materiallarının qiyməti bahalaşır. Düzdür, bahalıq dövründə bəzi ev almaq istəyənlər tərəddüd edirlər.

Amma görünən odur ki, bahalığa baxmayaraq, yenə mənzil alanlar az deyil! Mənzil üzrə ekspert İlham Camalov deyir ki,  aprel ayında yeni binalarda birin ikiyə düzəldilmış mənzillər 155- 160 minə satılırdısa, indi həmin evlər  170- 175 minə bazara çıxarılır. Hardasa bir mənzildə 12-15 min artım var. Belə getsə , yay aylarında mənzillər bir qədər də bahalaşacaq! Əgər kimsə , mənzil almaq istəyirsə, gözləməyə dəyməz, əksinə mənzillər bugünkündən  baha qiymətə satıla bilər.

Bir fikiri də oxucuların diqqətinə çatdırım ki,  Bakinın bütün yerlərində qiymətlər artıb! Hətta Yeni Günəşlidə və Hövsan qəsəbəsində də! Bax belə. Əgər kimsə mənzil almaq istəyirsə, imkanı varsa, Allah xeyir versin, alsın və cansağlığı ilə həmin evlərdə yaşasın!

Emil FAİQOĞLU