adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2026 22:00
47
SİYASƏT
A- A+

TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq - Paşinyan açıqladı - YENİLƏNİB

TRIPP layihəsinin həyata keçirilməsinə rəsmi olaraq bazar ertəsi start veriləcək.

Adalet.az xəbər ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bildirib.

“Məlum oldu ki, sabah bazar günüdür. TRIPP layihəsinin icrasına rəsmi olaraq bazar ertəsi start veriləcək”, – deyə Paşinyan yazıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri daha əvvəl layihə üzrə işlərə noyabrın 22-də başlanılacağını açıqlamışdı.

***

14:53

Ermənistan Baş naziri Nikol Paşinyan TRIPP nəqliyyat layihəsinin işə salınması ilə bağlı rəsmi açıqlamanın noyabrın 22-də veriləcəyini bəyan edib.

Adalet.az xəbər verir ki, onun sözlərinə görə, sabah layihənin başlanması rəsmən elan olunacaq.

Xatırladaq ki, noyabrın 18-də parlamentdə hökumətin fəaliyyəti ilə bağlı keçirilən müzakirələrdə Paşinyan TRIPP-in artıq praktiki icra mərhələsinə daxil olduğunu bildirmişdi. O, layihənin həyata keçirilməsi prosesində Ermənistan-Azərbaycan sərhədinin cənub istiqamətində delimitasiya və demarkasiya tədbirlərinin də mühüm yer tutacağını qeyd etmişdi.

TRIPP təşəbbüsü Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən keçən, təxminən 42 kilometrlik nəqliyyat xətti vasitəsilə birləşdirməyi hədəfləyir. Bu çərçivədə dəmir yolu və avtomobil yollarının, həmçinin digər kommunikasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.