adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 09:00
33
ƏDƏBİYYAT
A- A+

Emil Faiqoğlunun SÖZ XƏZİNƏSİ

Səndən bir daha olmayacaq!!!

***

Adam var ki, qürurunu, mənliyini satıb pul qazanır! İnsan da olur ki, pulu qurban verib, qürurun və mənliyin qoruyur!!!

***

Bir bulağın iki gözü, biri sənsən, bir də mən!  Bir almanın iki gözü , biri  sənsən, bir də mən!...

***

İnsanın gözəlliyi olmaya bilər , savadı olmaya bilər bunu görə heç nə olmaz, amma tərbiyəsi olmayanda insan heyvana bənzəyir! Özü də lap pis heyvana

***

Bir pərdənin iki simi, biri sənsən, biri də mən...

***

Allah sənə rəhmət eləsin, İslam Rzayev! Nə gözəl oxumusan " Biri sənsən,biri də mən" mahnısını. Sözləri Bəxtiyar Vahabzadənin, musiqisi Əhsən Dadaşovundur! Ulu Tanrı hər iki dahi sənətkara da rəhmət eləsin!  Və bu mahnı durduqca onlar da yaşayacaq!!!

***

Bu dünayada ancaq səni sevən adama inanmaq olar! Çünki sevgi heç vaxt onun sənə xəyanət etməyinə imkan verməz!!!

***

Bundan sonra da səni yüz il sevəcəyəm... ( Nüsrət Kəsəmənli)

***

 Bir qadın gördüm, boynunda , barmaqlarında və biləyində 2 kilodan çox qızıl vardı, amma Yevlax qaraçılarına oxşayırdı!!!

***

Hər pulu olan insan adam deyil!!!

***

Seyran Səxavət dünyəvi yazardı. O, heç də Folknerdən, Markesdən geri qalan yazıçı deyil. Sadəcə olaraq biz Seyran Səxavəti dünyaya tanıtdıra bilməmişik!!!

***

22 noyabr - Azərbaycan Ədliyyə İşçilərinin Peşə bayramıdır! Təbrik edirik!!!

***

Kim haqqa girib, haqqı yeyirsə, haram xoşu olsun ! Allah həmişə belə adamların cəzasın verir!!!

***

Sevgi olmayan ürək səhraya bənzəyir...

***

Kitab oxumadan da adam olmaq olar!

***

 Səni sevən adam varsa, dünyanın ən xoşbəxt insanısan!!!

***

Getdin,o nə gedişidi, ürəyimi apardın!( Qədir Məmmədovun mahnısı)

***

Dünyanın ən gözəl yeri sən olduğun yerdir! O yerdə olsam, ən  xoşbəxt adamam!

***

Sevən adam heç vaxt yalan danışa və kimsə pislik edə bilməz!!!