adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Fevral 2021 22:33
59258
ŞOU-BİZNES
A- A+

Məşhur müğənni yoxa çıxıb

Ukrayna və sovet estrada müğənnisi, SSRİ xalq artisti Sofiya Rotarudan xəbər almaq olmur.

Mk.ru xəbər verir ki, bu barədə onun oğlu, müğənninin “Villa Sofiya” hotelini idarə edən Ruslan Yevdokimenko deyib.

Müğənninin fevralın əvvəlindən xüsusi gecədə çıxışından sonra barəsində heç bir məlumat almaq mümkün olmasa da, hələlik hüquq mühafizə orqanlarına bununla bağlı xəbər verilməyib.

Oğlu hesab edir ki, anası zəngi əhəmiyyətli hesab etmədiyindən telefona cavab vermir, Xalq artistinin başına pis heç nə gəlməyib.

O hətta anasına etdiyi cavabsız zəngin ekran şəklini “Instagram” səhifəsinin hekayə bölməsində də paylaşıb.

Ruslan Yevdokimenkonun anasının adını telefonuna “ana” yox, “Sonya” kimi qeyd etməsi də izləyicilərin diqqətindən yayınmayıb.

Sonuncu dəfə Sofiya Rotaru fevralın əvvəlində, voronejli biznesmenin ziyafətində görünüb.

Qeyd edək ki, R.Yevdokimenkonun atası Anatoli Yevdokimenko musiqiçidir. Rotarunun nəvəsi isə artıq model kim məşhurlaşıb.