adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Fevral 2021 20:34
45142
KRİMİNAL
A- A+

Ekspert: “Qatil cinayəti gizlətmək üçün meyiti parçalara bölür”

33 yaşlı Banu Məhərrəmovanın xüsusi amansızlıqla qətlə yetirilməsi Azərbaycan ictimaiyyətini sarsıtdı.

Qadının parçalara bölünmüş və beş fərqli torbaya yığılmış cəsədinin hissələri yanvarın 27-nə keçən gecə Bakının Nəsimi rayonu ərazisindəki zibil qutusundan aşkar edilib.

Media.Az səs-küylü qətli Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdir müavini, hüquq elmləri doktoru, professor Kamil Səlimovla müzakirə edib.

K. Səlimov Azərbaycanda bu cür cinayətlərin statistikasından danışıb.

Müsahibimiz bildirib ki, ölkədə bir ildə orta hesabla 250-300 qətl törədilir.

“Cəsədin parçalanmasını da əhatə edən qətllərin gizlədilməsi ilə bağlı ölkəmizdə ayrıca rəsmi statistik məlumatlar yoxdur. Lakin bu məlumatları məhkəmələrin kriminalistika sistemindən tapmaq olar. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ölkəmizdən öldürülən şəxsin sonradan parçalara bölünməsi tez-tez baş vermir”, - BDU-nun kriminalistika kafedrasının müdir müavini bildirib.

K. Səlimov vurğulayıb ki, adətən qatil öz qurbanını yaxından tanıdığı halda meyiti parçalara bölür ki, cinayəti gizlətsin:

“Yaxud qurbanın bədənindəki cinayət izlərini məhv etmək və ya öldürülənin şəxsiyyətini müəyyənləşdirmək ehtimalını çətinləşdirmək üçün həyata keçirilir. Bundan başqa, bu üsul qətl hadisəsi öldürülən şəxsin yaşadığı ünvanda törədildikdə və cəsədi gizlətmək mümkün olmadığı təqdirdə ondan qurtulmaq üçün həyata keçirilir”.