adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Fevral 2021 21:00
36484
KRİMİNAL
A- A+

Rusiyada küçədə müəllimin boğazını kəsdilər

Rusiyanın Voronej şəhərində naməlum şəxs 1 nömrəli məktəbin riyaziyyat müəllimini küçədə öldürüb.

Bu barədə Kp.ru xəbər yayıb.

Qəzetin yazdığına görə, qadın dayanacaqda rəfiqəsi ilə telefonla danışarkən cinayətkarın hücumuna məruz qalıb. O, həmsöhbətinə bu barədə məlumat verməyə imkan tapıb. Cinayətkar müəllimə azı yeddi zərbə vuraraq onun boğazını kəsib. Qadın hadisə yerində ölüb. 

Rəfiqəsi polisə xəbər versə də, cinayətkar hüquq mühafizə əməkdaşları gələnə qədər hadisə yerindən qaçıb.

Qeyd edilir ki, mərhum 47 yaşlı Natalya Tuşinskayadır. Onun çantası və telefonu oğurlanıb.

Faktla bağlı cinayət işi başladılıb.