adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Yanvar 2021 21:37
28483
İDMAN
A- A+

Vaskes "Real"ın təklifini rədd etdi

"Real"ın müdafiəçisi Lukas Vaskes klubun yeni müqavilə təklifini rədd edib.

Qol.az xəbər verir ki, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb. Madrid təmsilçisi 29 yaşlı müdafiəçiyə hazırkı maaşının saxlanılması ilə 3 illik yeni müqavilə təklif edib. İspaniyalı oyunçu isə daha çox məvacib istədiyi üçün bunu qəbul etməyib.

Qeyd edək ki, Vaskes bu mövsüm 16 matça çıxaraq, 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.