adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 00:00
59
DÜNYA
A- A+

ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi

Təkmilləşdirilmiş F-15EX qırıcı təyyarələri Yaponiyanın cənubunda Okinava adasındakı ABŞ Hərbi Hava Qüvvələrinin Kadena bazasına yerləşdirilib.

Adalet.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Bildirilib ki, modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə olaraq ABŞ xaricindəki hərbi bazaya yerləşdirilib.

Daha əvvəl bildirilmişdi ki, bu qırıcılardan 36-sının cəmi bir neçə il ərzində Okinavaya yerləşdirilməsi planlaşdırılır.

Dördüncü nəsil F-15EX qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir ki, bu da bəzi bombardmançı təyyarələri üstələyir.