Əbülfət Mədətoğlu: Sən də gül...
İstəyirəm bir sirr açım biləsən
Ümidlərim tumurcuqdu səndə , gül !
Gözümdəki buludlara bənd olma -
Görürsən ki, qəmim gülür, sən də gül!
Qara ağa, göy sarıya qarışıb
Gözdən daman şeh yarıya qarışıb...
Bal pətəyə, həm arıya qarışıb -
Səndən gizlim qalmayıbdı məndə, gül!
Mən inancı sudan duru biriyəm -
Bir sevginin and yeriyəm, piriyəm!
Sən sevdikcən mən də varam, diriyəm -
Görürsənmi necə sevir bəndə , gül!?.
Əbülfətə, ay uzaqdan gələnim,
Gəl, yoluna misra- misra ələnim...
Kipriklərin, dan şehinə bələnim -
Ovsunlanım , bir də düşüm bəndə gül!


Bakı -°C

