“Putinlə Trampın görüşü mütləq baş tutacaq” - Uşakov
“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşü mütləq baş tutacaq”.
Adalet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
“Yüz faiz deyə bilərəm ki, Putin və Tramp Şençjendə birlikdə olacaqları üçün orada mütləq görüşəcəklər. Hazırda görüşün formatı və keçiriləcəyi yer razılaşdırılır”, – deyə Uşakov vurğulayıb.
Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, noyabrın 19-da Putin, Tramp və Çin lideri Si Cinpin arasında üçtərəfli görüş də nəzərdə tutulub.
“Reuters”in məlumatına görə, Pekin həmin görüşdə Rusiya-Ukrayna müharibəsinin müzakirəsinə qarşı çıxıb. Çin tərəfi bu məsələnin birbaşa Moskva və Vaşinqton arasında müzakirə edilməli olduğunu hesab edir.
ABŞ isə danışıqlarda Rusiya və Çinin iştirakı ilə nüvə silahlarına nəzarət üzrə yeni sazişin hazırlanmasına diqqət yetirməyi planlaşdırır. Nüvə silahlarının idarəetmə sistemlərində süni intellektdən istifadənin məhdudlaşdırılması da mümkün müzakirə mövzuları arasındadır.
Digər Xəbərlər
16 Noyabr 2026 18:28
Latviya Rusiya və Belarusdan taxıl tranzitinə qadağanı nəzərdən keçirir
16 Noyabr 2026 17:45
Bəhreyndən İrana bağlı şəxslərə ağır cəza – 64 nəfər ömürlük həbs edildi
16 Noyabr 2026 17:40
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
16 Noyabr 2026 12:46


Bakı -°C

