Mediaya ayrılan vəsait artırılmalıdır - Deputat
"Milli düşüncəni və milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, media yayımıdır. Bura ayrılan məbləğ 68 milyon 369 min manatdır. Mən ötən illə müqayisə etmək istəmirəm, çünki xeyli azalıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.
"Bir gün əvvəl Media Yayım Şurası Fransa mənşəli informasiya subyektinin Azərbaycana qarşı təxribatları ilə bağlı paylaşım etdi. Bunlar elə ideoloji təxribatlardır və ideoloji təhlükəsilzikdir. Belə olan halda, məsələn, 68 milyonun 53,5 milyonu televiziyalara, 14,5 milyonu media yayıma ayrılır. Gələcəkdə biz nələrdənsə alıb bura verə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik. Çünki bu gələcəyin çağırışıdır", - deyə deputat bildirib.
Digər Xəbərlər
16 Noyabr 2026 16:16
Dövlət sektorundan ayrılanları özəl sektor işlə təmin etməlidir - Zahid Oruc
16 Noyabr 2026 16:02
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşdü
16 Noyabr 2026 13:45
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır
16 Noyabr 2026 13:38


Bakı -°C

