İran Co Baydenin prezidentliyi dövründə ABŞ-la məhbus mübadiləsini etməyə hazırdır.
Adalet.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə deyib.
“Təəssüf ki, amerikalılar İran vətəndaşlarını ABŞ-da girov götürürlər. İran XİN başçısı Məhəmməd Zərifin dediyi kimi, biz ABŞ-la məhbus mübadiləsini etməyə hazırıq”, - Xətibzadə bildirib.