Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.
Adalet.az xəbər verir ki, ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə, yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladırıq. İlk növbədə sürücülərdən:
* yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri;
* ara məsafəsini düzgün seçmələri;
* ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri;
* yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri;
* nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri;
* iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri;
* sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri;
* hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.
Digər Xəbərlər
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - Sədr açıqladı
25 Sentyabr 2026 20:00


Bakı -°C

