adalet.az header logo
  • Bakı -°C
28 Sentyabr 2026 17:37
67
DÜNYA
A- A+

Britaniyada da dizelin qiyməti tarixi maksimuma çatdı

Böyük Britaniyada dizel yanacağının orta qiyməti tarixi rekord həddə - 1 litrə görə 1,9918 funt sterlinqə (2,65 dollar) çatıb.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı “RAC” avtomobil şirkəti yayıb.

Ölkədə bundan əvvəlki rekord 2022-ci ilin iyununda qeydə alınıb. Belə ki, bu dövrdə 1 litr üçün qiymət 1,909 funt sterlinq təşkil edib.

Bununla yanaşı, benzin qiymətində də yeni yüksək hədd qeydə alınıb və qiymət 1 litr üçün 1,74 funt sterlinqdə (2,31 dollar) qərarlaşıb.