İcra başçısı məmuru danladı - "Camaatın ağzından vurmayın" - VİDEO
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Fərzəliyevə sərt xəbərdarlıq edib.
Adalet.az Ölkə.az-a istinadla xəbər verir ki, buna S.Fərzəliyevin icra başçısı ilə söhbət edən, problemlərini dilə gətirən sakinlərin sözünü kəsməsi səbəb olub.
İcra başçısı sentyabrın 27-də - Anım Günündə Avaran kənd qəbiristanlığında Qarabağ müharibəsi şəhidləri Azayev Caviddin Zöhrəbəy oğlu və Pirseyidov Elnur Nasir oğlunun məzarlarını ziyarət edib.
S.Məmmədxanov burada kənd sakinləri ilə söhbətləşib. Sakinlər infrastruktur problemləri ilə bağlı məsələlər qaldırıb, yol çəkilməsini xahiş ediblər. Bu zaman Avaran kənd icra nümayəndəsi Sabir Fərzəliyev sakinlərdən birinin sözünü kəsərək onun sualı düzgün vermədiyini deyib.
Bu isə icra başçısının sərt reaksiyasına səbəb olub. O, icra nümayəndəsinin fikrini davam etdirməsinə imkan verməyərək ona irad tutub:
"Düz edir. Camaat yalan danışmır. Siz yadınızda saxlayın, camaat mənə nə deyirsə, ona müdaxilə edib heç kimin ağzından vurmayın. Qoy camaat ürəyindən keçəni desin. İşığı da biz verməliyik, qazı da, suyu da, yolu da biz verməliyik. Qalan məsələlər onların öz işidir. Ona görə də camaatı dinləyin. Mənə nə deyirlərsə, camaatın ağzını yummağa çalışmayın. Onsuz da mən onu istədiyim vaxt çağırıb soruşacağam".
Qeyd edək ki, Sabir Fərzəliyev Qusar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şair Alxasovun qohumudur.
Digər Xəbərlər
28 Sentyabr 2026 19:07
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? -DOSYE
28 Sentyabr 2026 19:04
Hazırda bu rayonların icra başçısı YOXDUR
28 Sentyabr 2026 17:38
Kamran Əliyev generallara yeni rütbələrini təqdim etdi
28 Sentyabr 2026 17:00
AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə bir sıra reysləri təxirə salındı
28 Sentyabr 2026 13:47
Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
28 Sentyabr 2026 13:15
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
28 Sentyabr 2026 12:12
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
28 Sentyabr 2026 11:58


Bakı -°C

