adalet.az header logo
  • Bakı -°C
27 Sentyabr 2026 08:00
73
ƏDƏBİYYAT
A- A+

ŞƏHİDLİKDƏN ZƏFƏRƏ: 27 SENTYABRIN YADDAŞIMIZDAKI YERİ

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! 

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

                               (İLHAM ƏLİYEV)

27 sentyabr Azərbaycan xalqının yaddaşında həm ağır hüznün, həm də böyük Zəfərə aparan yolun başlanğıcı kimi yaşayır. Bu tarix Vətən müharibəsininbaşladığı gün olmaqla yanaşı, Azərbaycanın ərazibütövlüyü uğrunda canından keçən qəhrəmanövladlarımızın şəhidlik salnaməsinə yazıldığı gündür. 

Tarixdə elə günlər var ki, onların mənası yalnız birtarixdən, bir hadisədən və ya bir təqvim səhifəsindənibarət olmur. Belə günlər xalqın yaddaşında bütöv birdövrün rəmzinə çevrilir. 27 sentyabr da Azərbaycanüçün məhz belə tarixi günlərdəndir.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlükVətən müharibəsi Azərbaycanın müasir tarixində yenimərhələnin başlanğıcını qoydu. Həmin günAzərbaycan Ordusunun əks-hücum əməliyyatları iləbaşlayan döyüşlər 44 gün ərzində böyük sınaqlardankeçən xalqımızı noyabrın 8-də Şuşanın azadolunmasına, ardınca isə 10 noyabr tarixli üçtərəflibəyanata gətirib çıxardı.

Lakin Zəfərin arxasında ilk növbədə insan taleləri, şəhidlərin qanı, qazilərin yaraları, əsgər və zabitlərinqəhrəmanlığı, ailələrin narahat gözləntiləri dayanırdı.

Müharibənin ilk saatlarından Azərbaycan əsgəriVətən qarşısında ən müqəddəs borcunu yerinəyetirməyə başladı. 27 sentyabr xalqımız üçün həmmüharibənin, həm də şəhidlik yolunun başlanğıcı oldu.

Mövlud Qurbanzadə, Ceyhun Həsənov, ZülfüRzayev, Elvin Qədirov, Faiq Qasımov və həmin günşəhid olan digər qəhrəmanlarımızın adı AzərbaycanınZəfər tarixinin ilk səhifələrində əbədi yaşayacaq. 

Onların hər biri bir ailənin övladı, bir ananın ümidi, bir atanın fəxri, bir xalqın qəhrəmanı idi. Şəhidlikyalnız həyatın sona çatması deyil, Vətən qarşısında ənali fədakarlığın ifadəsidir.Bu baxımdan 27 sentyabrıyalnız müharibənin başlanğıc tarixi kimi xatırlamaqkifayət deyil. Bu tarix həm də bizə Zəfərin hansımənəvi və insani bədəllə əldə edildiyini xatırladır.

44 günlük müharibənin ağrısı yalnız döyüş meydanıilə məhdudlaşmadı. Azərbaycanın şəhər və kəndləri dəraket hücumlarına məruz qaldı. Mülki insanlarınhəyatını itirməsi, yaşayış binalarının dağıdılması, ailələrin faciə yaşaması müharibənin ən ağrılısəhifələrindən oldu. 

Gəncə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci ildə rakethücumlarına məruz qaldı. Xüsusilə 11 və 17 oktyabrtarixlərində baş verən hücumlar nəticəsində çoxsaylımülki şəxslər həyatını itirdi və yaralandı.

Bərdə şəhərində baş verən hadisələr də xalqımızınyaddaşında dərin iz buraxdı. 27–28 oktyabr 2020-ci ildə şəhərə endirilən raket zərbələri nəticəsində mülkiəhali arasında ölən və yaralananlar oldu. Oktyabrın 28-də Bərdə şəhərinin mərkəzinə “Smerç” raketləri iləendirilən zərbə nəticəsində 21 mülki şəxs həlak oldu, 83 nəfər yaralandı.

Bu hadisələr müharibənin miqyasını və onuncəmiyyət üçün yaratdığı ağır nəticələri bir dahagöstərdi. Döyüşlərin getdiyi bir vaxtda Azərbaycanxalqı həm cəbhədə, həm də arxa cəbhədə böyüksınaqlardan keçirdi.

Müasir müharibələr yalnız silahların gücü iləaparılmır. İnformasiya, kommunikasiya, tarix və elmifaktlar da mübarizənin mühüm vasitələrinə çevrilir.

44 günlük müharibə zamanı Azərbaycanınqarşısında duran mühüm vəzifələrdən biri də ölkəmizinmövqeyinin beynəlxalq ictimaiyyətə düzgün vəoperativ şəkildə çatdırılması idi. Azərbaycanın tarixivə hüquqi mövqeyinin izah edilməsi, yanlış və təhrifolunmuş məlumatlara faktlarla cavab verilməsiinformasiya cəbhəsinin əsas istiqamətlərindən idi. 

Bu prosesdə alimlərin, tədqiqatçıların, jurnalistlərin, diplomatların, ziyalıların və müxtəlifsahələr üzrə mütəxəssislərin üzərinə mühümməsuliyyət düşürdü.

Xüsusilə AMEA akademik Z.M. Bünyadov adınaŞərqşünaslıq İnstitutunun əməkdaşlarının fəaliyyəti bubaxımdan diqqətəlayiqdir. Şərqşünas alimlər elmifəaliyyətlərini davam etdirməklə yanaşı, Azərbaycanınhəqiqətlərinin müxtəlif informasiya platformalarındavə Şərq dillərində yayılmasına töhfə verdilər. 

Bu fəaliyyətin əhəmiyyəti yalnız müharibə dövrüilə məhdudlaşmır. Çünki informasiya mübarizəsi birgünün və ya bir hadisənin mübarizəsi deyil. Tarixihəqiqətlərin öyrənilməsi, elmi əsaslarla araşdırılmasıvə müxtəlif dillərdə beynəlxalq auditoriyaya təqdimedilməsi uzunmüddətli prosesdir.

Şərqşünas alim üçün dil yalnız ünsiyyət vasitəsideyil. Dil eyni zamanda tarixi və elmi həqiqətlərinbaşqa xalqlara çatdırılmasının mühüm vasitəsidir. Azərbaycanın tarixinin, dövlətçilik ənənələrinin, mədəni irsinin və müasir inkişaf yolunun ərəb və digərŞərq dillərində təqdim edilməsi ölkəmizin beynəlxalqelmi və informasiya məkanında tanıdılmasıbaxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdanalim qarşısında ikiqat məsuliyyət dayanır: bir tərəfdənelmi obyektivliyi qorumaq, digər tərəfdən əldə olunanfakt və nəticələri geniş auditoriyaya düzgün çatdırmaq. 

44 günlük müharibə göstərdi ki, informasiyacəbhəsində də hazırlıqlı, faktlara əsaslanan və elmiyanaşmaya söykənən mövqe vacibdir. Çünki tarixyalnız arxivlərdə qalmır; tarix həm də onun necəöyrənilməsi, necə izah edilməsi və gələcək nəsillərənecə çatdırılması ilə yaşayır. 

44 günlük müharibənin hər günü Azərbaycanxalqının yaddaşında ayrıca iz buraxdı. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və digər ərazilərinazad edilməsi ilə Azərbaycan Ordusu qarşıyaqoyulmuş hərbi məqsədlərə doğru irəlilədi. Noyabrın8-də Şuşanın azad edilməsi isə müharibənin gedişindəxüsusi tarixi əhəmiyyət daşıyan hadisəyə çevrildi. ŞuşaAzərbaycan xalqının tarixində, mədəniyyətində vəmilli yaddaşında xüsusi yer tutur. Şuşanın azadedilməsi həm hərbi, həm də mənəvi baxımdan böyükəhəmiyyət kəsb etdi. Noyabrın 10-da imzalanmışüçtərəfli bəyanatla döyüş əməliyyatları dayandırıldı vəAzərbaycanın ərazi bütövlüyünün bərpasıistiqamətində mühüm tarixi nəticə əldə edildi. 

Beləliklə, sentyabrın 27-də başlayan yol noyabrın8-də Şuşanın azad olunması və 10 noyabr razılaşmasıilə yeni mərhələyə keçdi.

Zəfərlər yalnız qeyd olunmaq üçün deyil, həm dəqorunmaq və gələcək nəsillərə düzgün çatdırılmaqüçün tarixə çevrilir. Bu gün şəhidlərimizi yad edərkənyalnız keçmişi xatırlamırıq. Biz həm də gələcəkqarşısında məsuliyyətimizi düşünürük.

Şəhidlərin bizə miras qoyduğu ən böyük dəyərVətəndir. Vətəni sevmək onun tarixini bilmək, milliyaddaşı qorumaq, həqiqətləri öyrənmək və gələcəknəsillərə çatdırmaqdan başlayır. Bu vəzifə ziyalılarüçün xüsusilə böyük əhəmiyyət daşıyır. Aliminvəzifəsi yalnız araşdırmaq deyil, əldə etdiyi elminəticələri cəmiyyətə və beynəlxalq elmi mühitəçatdırmaqdır. Şərqşünas alimlərin üzərinə isə əlavə birməsuliyyət düşür. Azərbaycanın tarixi və həqiqətləriŞərq xalqlarının dillərində, onların elmi və mədənimühitində də təqdim edilməlidir. Bu, həm elmifəaliyyət, həm də milli yaddaşın qorunmasıbaxımından mühüm missiyadır.

27 sentyabr bizə bir daha xatırladır ki, Zəfərin hərbir səhifəsinin arxasında şəhidlərin müqəddəs xatirəsidayanır. Bu gün şəhidlərimizin qarşısında baş əyirik. Onların ailələrinin, qazilərimizin və müharibəiştirakçılarının qarşısında mənəvi borcumuzu dərkedirik.

Bizim vəzifəmiz bu tarixi yalnız xatırlamaq deyil. Onu öyrənmək, araşdırmaq, sənədləşdirmək və gələcəknəsillərə olduğu kimi çatdırmaqdır.Çünki tarixə sahib çıxmaq həm də gələcəyə sahib çıxmaq deməkdir.

27 sentyabr şəhidliklə başladı, 8 noyabr Zəfərləucaldı. Bu iki tarix arasında isə Azərbaycan xalqınıniradəsi, Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı və bütün xalqın birliyidayanır.

Bu gün həmin yolun başlanğıcında şəhidlərimiziehtiramla yad edir, onların əziz xatirəsi qarşısında başəyirik.

Ruhları şad olsun! 


 Lalə Məzahir qızı Bayramova,

filologiya elmləri doktoru, dosent

AMEA akad. Z.M.Bünyadov adına 

Şərqşünaslıq İnstitutunun baş elmi işçisi,

Təhsil şöbəsinin müdiri