“Kredit bitməmiş kasıbın ömrü bitir”
“Bank kreditlərinin yüksək faizi sələmçilikdir, qaniçənlikdir. Sanki hər ay borc götürəndən 1 litr qan sümürüb buraxırlar. Hüquqi şəxslərə, daha yüksək məbləğ pul götürənlərə, zəngin məmur sinfinə yüksək faizlə verirsən ver, daha kasıbın, miskinin, fəqirin qanını niyə sorursan? Dədə-babadan deyiblər, adamın damarına baxıb qan alarlar. Banklar isə qanı da, damarı da, iliyi də, axırda adamın özünü də sümürür, udur. Kredit bitməmiş kasıbın ömrü bitir”.
Adalet.az xəbər verir ki, bunu ilahiyatçı Tural İrfan deyib.
“Krediti bitirən gün bilmirəm bank əsarətindən xilas olduğuna sevincindən, yoxsa acı kədərdən canını tapşıran nə qədər adam var. Görün insanlar hansı həyəcan, hansı psixoloji gərgin vəziyyət içindədir. Uşağına bir parça çörəyi zorla qazanan insanlar məcbur olub kredit götürür, faiz hissəsi əsas borcdan yüksək olan məbləği ona zorla ödədirlər. Bu qədər yüksək faizçilik, rəsmi sələmçilik, iqtisadi istismar olar? Sələmçi bankların xüsusi amansızlıqla kasıb əhalini sümürməsinə son verilməli, kredit faizləri iqtisadi, sosial reallığa uyğunlaşdırılmalıdır. Banklar əhalini rəsmən əsir-yesir edib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Sentyabr 2026 10:37
“Bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür”
28 Sentyabr 2026 10:10
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
28 Sentyabr 2026 09:32
"Brent" bahalaşdı
26 Sentyabr 2026 09:45


Bakı -°C

