adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Yanvar 2021 12:32
19628
DÜNYA
A- A+

RUSİYA ABŞ-IN ƏBƏDİ DÜŞMƏNİDİR

Birləşmiş Ştatlarda hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq  Çin və Rusiya həmişə bu ölkənin təhlükə mənbəyi kimi qiymətləndiriləcək. RİA Novostinin məlumatına görə, Şandun universitetinin professoru Tzya Vanşan  hesab edir ki,  Pekin və Moskva bundan narahat olmamalı və fikrini öz daxili problemllərinin həllinə yönəltməlidir.
   

Dünən ABŞ -ın yeni seçilmiş prezidentinin insqurasiya mərasimi keçirildi və Co Bayden and içərək vəzifəsinə başladı.
   

"Respublikaçılar partiyası əvvəlki mövqeyini saxlayaraq, Çini ən təhlükəli düşməni kimi hesab etsələrdə, demokratlar daha çox Rusiyanı ölkələri üçün təhlükə hesab edirlər"-deyə Tzya Vanşan bildirib.
   

Professor əlavə edib ki, "ABŞ kimi "birinci", kimi "ikinci" düşməni hesab etməsindən asılı olmayaraq, bizim ən düzgün addımımız diqqətimizin öz problemlərimizin həllinə yönəltməyimizdir".
   

Birləşmiş Ştatların dünyaya ağalıq etmək iddiaları həmişə olub və bundan sonrada olacaqdır. Sadəcə bu yolda onların qarşısında duran ən böyük maniə Rusiya və Çindir. Bu iki dövlət də hegemonluq iddialarını gizlətmir və xarici siyasətlərində " məndə varam" deyərək özlərini göstərməkdədirlər.
 

 Nəzərə alsaq ki, hazırda tüğyan edən pandemiya şəraiti, son illər dünyada baş verən iqtisadi böhranı daha da dərinləşdirir, onda ABŞ-ın qarşısında duran əsas prioritet məsələninn daxili problemlərin həllinə yönələcəyi gümanı yaranır.  Co Baydenin andiçmə mərasimindəki çıxışındanda görünür ki, diqqət daha çox daxili problemlərin həllinə yönələcək, xarici diplomatiya ikinci plana keçiriləcək.
   

Professor Vanşanın sözlərindən də aydın olur ki, Çin və Rusiyada xarici diplomatiyanı ikinci plana keçirməli,  diqqətini daxili siyasətə yönəltməlidi. Obyektiv və subyektiv səbəblərə görə ABŞ-la Çin və yaxud ABŞ -la Rusiya liderlərini tezliklə görüşə biləcəklərini söyləmək çətinndir. Baydenin məsləhətçiləridə ölkədə yaranmış hazırki vəziyyəti və gücünü bərpa edənədək, Vaşinqtona sərf edəcək məqama qədər, ona belə görüşlərin keçirilməsini ertələməyi məsləhət görürlər.
   

Belə düşünmək olar ki, dünyada ağalıq etmək iddiasında olan bu üç hegemon dövlətin başları daxili problemlərinin həllinə yönəldiyi zaman ərzində yerdə qalan ölkələr bir müddət rahat nəfəs ala bilərlər. Lakin bu göründüyü qədər də deyil. Üç ölkənin illərdi qaynatdıqları qanlı ocaqlarda - Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Livanda və s.- atəş hələ sönməyib və yaxın zamanlarda sönəcəyidə gözlənilmir. 
  
Rüstəm HACIYEV