Evini kirayə verənlərin nəzərinə! - Vergi verəcəksiniz
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Adalet.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, icarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti 14 faiz dərəcə ilə vergini özü ödəyir və vergi uçotuna alınıb bəyannamə verir.
Digər Xəbərlər
06 Noyabr 2025 13:28
Türkiyə F-16-ları Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək
06 Noyabr 2025 13:05
Polis Akademiyası kursantlarından “Zəfər təntənəsi” - VİDEO
06 Noyabr 2025 12:51
Ombudsmandan bəyanat: mina xəritələri məsələsi həllini tapmalıdır!
06 Noyabr 2025 12:30


Bakı -°C

