adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2025 11:34
65
DÜNYA
A- A+

"2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik" - Kobaxidze

Brüsselin tənqidlərinə baxmayaraq, Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına qoşulmaq niyyətindədir.

Adalet.az xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze deyib. 

Hökumət başçısının sözlərinə görə, Aİ Gürcüstanın daxili siyasətindən narazılığını bildirsə belə, Tbilisi Avropa yolundan əl çəkməyəcək: "Bütün bunlar, əlbəttə ki, ikili standartlardan və ədalətsizlikdən xəbər verir. Bu o deməkdir ki, Avropa bürokratiyasının ciddi problemləri var. Bir daha təkrar edirəm ki, Avropa İttifaqındakı son dəyişikliklərlə bağlı fərqli gözləntilərimiz var. Biz 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olmaq istəyirik və ümid edirik ki, o vaxta qədər Aİ-də vəziyyət kökündən dəyişəcək".

Qeyd edək ki, Gürcüstan 2022-ci ildə Aİ üzvlüyünə müraciət edib.