adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2025 11:09
60
GÜNDƏM
A- A+

Bərbərxanalar və gözəllik salonlarından ƏDV geri almaq mümkün olacaq

Azərbaycan vətəndaşları bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərdəki xidmətlərə görə ödədikləri ƏDV-ni geri ala bilər.

Adalet.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılara bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərin göstərdiyi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.