adalet.az header logo
  • Bakı -°C
05 Noyabr 2025 11:52
77
DÜNYA
A- A+

"ABŞ Kiyevə dəstəyini ona görə dayandıracaq" - Poroşenko

Ukrayna prezidenti Volodimir Zelenskinin gücünün güclənməsi Avropa İttifaqı və ABŞ-ni Kiyevə dəstəyini geri götürməyə vadar edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “Politico” nəşrinə müsahibəsində bildirib.

O xatırladıb ki, Zelenskinin dövründə Ukraynada onun siyasətini tənqid edənlərə və antikorrupsiya fəallarına hücum edilir. Bu, Poroşenkonun fikrincə, xaricdə olanlara Kiyevin dəstəyinə etiraz etmək üçün arqumentlər verir. Poroşenko əlavə edib ki, Ukraynanın hazırkı hakimiyyətinin bu cür hərəkətlərinin nəticələrinə cəmiyyətin demoralizasiyası da daxildir.