“Zorakılıq hallarında qadının ailəni tərk etməsi...”
“Azərbaycan cəmiyyətində qadın və kişinin ictimai və ailədaxili rollarına dair mövcud streotiplər tarixən patriarxal dəyərlər, kollektiv mədəniyyət və əxlaq normaları ilə formalaşmış və nəsildən-nəslə ötürülmüşdür. Bu streotiplər çox zaman zorakılığı susqun şəkildə normallaşdırmış və qadının ona qarşı mübarizə aparmaq imkanlarını məhdudlaşdırmışdır”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Qurum sədri ən çox yayılmış streotipləri sadalayıb:
“1. “Qadın ailənin namusudur, nə olursa-olsun ailəni qurmalıdır”. Bu yanaşma qadını ailədaxili zorakılıqdan müdafiə olunmalı subyekt kimi yox, ailənin “əxlaqi dayağı” kimi təqdim edir. Zorakılıq hallarında qadının ailəni tərk etməsi “namusuna xələl gətirmək” kimi qəbul edilir, nəticədə qadın təzyiqə məruz qalaraq zorakı münasibətə dözməyə təşviq olunur.
“2. “Kişi ailə başçısıdır və nəzarət etməlidir”. Patriarxal norma olaraq kişi ailənin qərarverici subyekti, qadın isə onun itaətkar tərəfdaşı kimi modelləşdirilmişdir. Bu münasibət forması, kişinin qadın üzərində nəzarətini və bəzən zorakı davranışlarını “ailənin qorunması” və ya “tərbiyə” çərçivəsində əsaslandırır.
“3. “Qadın dözümlü olmalıdır, ailə üçün hər şeyi qurban verməlidir”. Xalq ədəbiyyatında, ata-anaların tərbiyəsində və dini yozumlarda qadının dözümlülüyü, fədakarlığı və səssizliyi bir ideal kimi təqdim edilir. Bu, qadının şəxsi sərhədlərinin və hüquqlarının pozulması hallarında belə, qarşı çıxmamasını stimullaşdırır.
“4. “Ailə məsələləri içərdə həll olunmalıdır-dövlət və ictimaiyyət qarışmamalıdır”.
Bu fikir zorakılığın “ailədaxili məsələ” kimi dəyərləndirilməsinə gətirib çıxarır və hüquqi müdaxiləyə mane olur. Bu isə qurbanın hüquq-mühafizə orqanlarına müraciət etmək imkanını əngəlləyir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

