Lənətlənmiş azadlıq - Qaraçılar - Murad Köhnəqala yazır
Dilənən qaraçılara dünyanın hər yerində rast gəlmək olur. Ancaq onların nədən bu cür həyat tərzi seçdiyi barədə çox az adam düşünür. Məlumunuz olsun ki, bu yaşam tərzinin kökləri min illərin o üzündə - Hindistanın qədim inanc sistemlərində gizlənir.
İndiki qaraçıların ulu babaları Hindistanın şimal-qərbində, Racistan və Pəncab ətrafında yaşamışlar. Onlar cəmiyyətin “toxunulmazlar” adlanan ən aşağı təbəqəsinə - şudralara aid olublar. Kasta sistemi onlara torpaq sahibi olmağa, silah gəzdirməyə, dövlət işində çalışmağa icazə vermirdi.
Amma bu məcburiyyət təkcə sosial yox, həm də ruhani anlam daşıyırdı. Bu tayfanın söykəndiyi dünya görüşü Hindistanı vətən kimi, ətrafdakı insanları isə öz cəmiyətləri kimi qəbul etməyə imkan vermirdi. Onların həyat tərzində belə bir fəlsəfə hökm sürürdü: “İnsan azad olmaq üçün heç nəyə sahib olmamalıdır”.
Buna görə qaraçılar yaşamaq üçün küçələrdə hansısa musiqi alətində çalıb pul yığır, əhliləşdirilmiş heyvanlarla küçə sirki göstərir, falçılıq, sehrbazlıq edir, yaxud sadəcə, dilənirdilər.
Şiva və Tantra inanclarında geniş yayılmış ruhani azadlıq, maddi dünyadan imtina, mülkiyyətsizlik idealı qaraçıların təfəkkürünə hopmuşdu. Onlar dilənməyi ruhun azadlığı kimi qəbul etdiklərinə görə bu həyat tərzindən utanmırdılar.
Hind mənşəli inancların çoxunda isə sədəqə vermək sadəcə mərhəmət deyil, həm də daxilindəki xoşagəlməz enerjinin kənara ötürülməsi kimi də izah olunurdu. Buna görə sədəqə verən insan öz karmik borcunu azaltmış bilir, sədəqəni alan dilənçi isə onun mənəvi yükünü sanki öz üzərinə götürürdü. Beləcə, sədəqə verənlərin inancı ilə sədəqə alanların qazancı biri-birini yaşadırdı.
Qaraçıların inancına görə, ürəyində arzu tutan adamlar istəklərinin həyata keçməsi üçün onlara sədəqə verməlidi. Sədəqə yığanlar inanırdılar ki, ürəyində niyyət tutan adamlardan pay almaq müqəddəs bir işdir. Məhz, bu düşüncə onları köçəri həyat tərzi keçirməyə sövq edib. Çünki qaraçılar özlərinə sabit torpaq, vətən seçmək, mülk düzəldib ev tikmək fikrindən uzaq idilər. Bu tayfalar oba-oba, diyar-diyar gəzərək dilək diləyən, özlərinə xəyal quran insanların axtarışına çıxar, sədəqə yığaraq öz azadlıqlarını təmin edərdilər.
Ancaq, məlum olduğu kimi, zaman keçdikcə bu fəlsəfə öz ilkin mənasından uzaqlaşdı. Qaraçılar Hindistandan çıxaraq İran, Türkiyə və Avropaya yayıldılar. Heç bir xalq onları “özlərindən” saymadı, heç bir dövlət onları özünə vətəndaş etmədi. Beləcə, köçəri həyat tərzi onlar üçün zərurətə çevrildi.
Qaraçı tayfası olan haylar (ermənilər) Osmanlı imperiyasında məskunlaşaraq oturaq həyata keçsələr də türklər onları uzun müddət ölkədə vətəndaş saymamış, onlara ötəri dilənçi kimi baxmışlar. Buna görə də türklər hayları orduya çağırmamış, hətta onlardan vergi almağı belə, özlərinə sığışdırmamışdılar. Sonralar çar Rusiyasının əli ilə Türkiyədən və İrandan Qafqaza köçürülmüş ermənilərə ruslar Azərbaycan torpaqlarında qondarma bir “Ermənistan” adlı dövlət qurdu. Beləliklə, ermənilər dünyada öz dövləti olan yeganə qaraçı tayfası oldu.
Ancaq deməliyəm ki, qaraçıların qədim inancından doğan o “azadlığı” dünyanın heç bir xalqı özünə rəva bilməz. Bugünkü dünyəvi dəyərlərlə baxsaq, belə demək mümkünsə, qaraçılar yanlış bir inancın qurbanlarıdı…


Bakı -°C

