Bakı-Təl-Əviv reyslərinin həftəlik sayı 21-ə çatdırılacaq - AZAL prezidenti açıqladı
Gələn ilin may ayından Bakı və Təl-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.
O qeyd edib ki, İsrailin Azərbaycandakı yeni təyin olunmuş səfiri Ronen Krausz ilə görüşüb.
"Görüş zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə aviasiya sahəsində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdik. Bu istiqamətdə birgə təşəbbüslərin və əməkdaşlıq layihələrinin vacibliyini vurğuladıq", - S. Rzayev bildirib.
AZAL prezidentinin sözlərinə görə, Azərbaycan və İsrail arasında hava nəqliyyatı sahəsində davamlı artım dinamikası müşahidə olunur: "Bu tendensiyanın davamı kimi, AZAL yaxın zamanda bu istiqamətdə uçuş sayını artırmağı planlaşdırır. 2026-cı ilin mayından Bakı ilə Təl-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur. Bu addım hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı sərnişin axınının artması baxımından mühüm mərhələ olacaq. Son illərin statistik göstəriciləri əməkdaşlığın miqyasını və inkişaf tempini aydın şəkildə əks etdirir".
S. Rzayev əlavə edib ki, 2024-cü ildə AZAL Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə həftədə 11 uçuş olmaqla ümumilikdə 303 reys (gediş-gəliş) həyata keçirərək 74 minə yaxın sərnişin daşıyıb: "2025-ci ilin yanvar-oktyabr aylarında isə aviaşirkət həmin istiqamət üzrə həftədə 14 uçuş olmaqla 562 reys yerinə yetirib və 147 mindən çox sərnişinə xidmət göstərib. Fəaliyyətimizi davam etdirərək əməkdaşlığın yeni imkanlarının reallaşmasına töhfə verməyi hədəfləyirik".
Digər Xəbərlər
05 Noyabr 2025 17:04
Azərbaycanda araq BAHALAŞACAQ
05 Noyabr 2025 16:06
“Zəngəzurda dəmiryol xəttini ABŞ deyil, Azərbaycan bərpa edə bilər”
05 Noyabr 2025 12:03
Keçmiş məcburi köçkünlərə aylıq müavinət üçün ayrılan vəsait açıqlandı
05 Noyabr 2025 11:12
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır
05 Noyabr 2025 10:08
Taleh Kazımov onu özünə müşavir təyin etdi
04 Noyabr 2025 18:00
Müavinət və təqaüdlərlə bağlı YENİ AÇIQLAMA
04 Noyabr 2025 17:52
Buğda yüklü qatar Azərbaycandan Ermənistana gedib - VİDEO
04 Noyabr 2025 16:42


Bakı -°C

