adalet.az header logo
  • Bakı -°C
05 Noyabr 2025 13:19
75
DÜNYA
A- A+

Ukrayna kəskin işçi çatışmazlığı ilə üzləşir

Ukraynada işçi qüvvəsi çatışmazlığı  təqribən 30% təşkil edir və bəzi əsas sektorlarda 50%-ə çatır.

Adalet.az xəbər verir ki,  bunu Ukraynanın Miqrasiya Siyasəti İdarəsinin rəhbəri Vasil Voskoboinyk deyib. 

O aydınlaşdırıb ki, təhsil, səhiyyə, tikinti, mühəndislik kimi sahələrdə ciddi kadr çatışmazlığı müşahidə olunur. Təhsil və səhiyyə sistemlərində, eləcə də tikintidə vakant yerlərin təxminən 40%-i doldurulmamış qalır. Su təsərrüfatı şirkətlərində kadr çatışmazlığı tələb olunan sayın yarısına çatır. Voskoboinik qeyd edib ki, mütəxəssis çatışmazlığı səbəbindən işəgötürənlər getdikcə əcnəbiləri işə cəlb edirlər: 2025-ci ilin birinci yarısında başqa ölkələrin vətəndaşlarına təxminən dörd min iş icazəsi verilib. Bununla belə, o vurğulayıb ki, əməkçi miqrantların kütləvi axınından danışmaq hələ tezdir.