adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Yanvar 2021 11:42
16336
MƏMLƏKƏT
A- A+

Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq - Prezidentin köməkçisi

Azərbaycanda koronavirusa qarşı vaksinasiya Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir.

Adalet.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərargahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır: “Bilirsiniz ki, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayb. Azərbaycan vaksinasiyaya başlayan ölkələr arasındadır. Eyni zamanda Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub”.

Ş.Mövsümov bildirib ki, yanvarın 18-dən vaksinasiya başlayacaq və tibb işçiləri vaksinasiyaya cəlb olunacaq: “Bu proses təqribən iki həftə davam edəcək. Növbəti mərhələdə, fevralın 1-dən 2-ci mərhələ, yəni 65 yaşdan yuxarı olan vətəndaşların vaksinasiya edilməsinə başlanılacaq”.