adalet.az header logo
  • Bakı 18°C
09 Yanvar 2021 15:42
60740
ŞOU-BİZNES
A- A+

Vüsalə Yaşarla bağlı həmkarlarını qınadı: “Haramla övlad böyüdürsünüz”

Müğənni Yaşar Cəlilov və aparıcı, prodüsser Vüsalə Kərimova arasındakı münasibət illərdir, müzakirə predmetidir. Bu vaxta qədər onların münasibətini dostluğa yozanlar da oldu, aralarında gizli eşq yaşadığını iddia edənlər də. Söhbət yenidən qızışdı. Cəlilovun kanallardan birində qonaq olarkən boşanmasını dilə gətirməsi gündəmi alt-üst etdi. Söhbət Vüsalə Kərimovadan da yan keçmədi. Yaşayananlara elə Kərimovanın özü bir-bir aydınlıq gətirdi:

“Ha deyirəm ki, danışmayım, dinməyim, amma görürəm ki, xeyri yoxdur. Hər kəslə, insanlarla öz dilində danışmaq lazımdır. Keçən ilin son günlərində Yaşar Cəlilov ARB TV-nin efirində yayımlanan “Hüseynova bacıları” verilişində ailə həyatı ilə bağlı açıqlama verib, sual verilib, o da cavab verib. Saytlar, deyəsən, yatıb-yatıb indi ayılıblar, indi yadlarına düşüb ki, Yaşar nəsə paylaşıb. İnsanların şəxsi həyatına müdaxilə etməkləri bəs deyil, orada Yaşar, onun ayrıldığı həyat yoldaşı qalıb bir tərəfdə, insanlar məndən yazır. Qəribədir, nə istəyirsiniz? Başa düşmürəm bunu. Siz məni tanımadan, bilmədən həyatıma burnunuzu niyə soxursunuz? Kim verib bu icazəni sizə? Mənmi? Qələt edərəm. Heç vaxt heç kimə qapımdan içəri həyatımla bağlı burnunu soxmağa icazə verməmişəm, bundan sonra da vermərəm. Qaldı ki, bu həyatımdır, mən bilərəm, necə yaşayaram. Yaxşım da, pisim də mənə məxsusdur. Mənim uşağım ac qalanda, mən ac qalanda gəlib qapımı döyüb yeməkmi vermisiniz? Yaxud da Yaşarın? Özü bilər, ailəsi bilər. Həyat yoldaşı ayrılıb, boşanıb, qalıb bir kənarda, siz narahat olmusunuz. Mən hələ o qızdan güldən ağır bir söz eşitmədim, sizdən eşitdim. Sizin dərdiniz, səriniz yoxdurmu, mənim dərdim sizi bu qədər götürüb? Düşünürsünüz ki, sizin bu təhqiramiz ifadələriniz mənim həyatıma son qoyacaq? Bunu görməyəcəksiniz!

“Kanal rəhbərləri, əməkdaşlarınız pul alıb ciblərinə qoyurdular”

Hesab etməyin ki, mən düşmənlərimi tanımıram. Çox gözəl tanıyıram, bu da mənim həmkarlarımdır. Heç kim inciməsin. Səbəb? Onu da deyim. Mən Yaşarla bu gün, dünən işləmirəm, düz 10 ildir, mən Yaşarla birgə addımlayıram. Nəinki onunla, onun ailəsi ilə birgə addımlayıram. Mən 10 il öncə Yaşarla işləməyə başlayanda bir də gördüm ki, Yaşar 200 manat bu adama, 100 manat bu adama, 300 manat bu adama-mənim televiziyada işləyən həmkarlarıma pullar tökür. Soruşdum, niyə Yaşar? Dedi ki, onlar məni efirə çıxarırlar. Bəli, əziz kanal rəhbərləri, sizin bəzi əməkdaşlarınız Yaşarı efirə çıxarmaq üçün pul alıb ciblərinə qoyurdular, sizin heç xəbəriniz də olmurdu. Vüsalə bunun qarşısını aldı. Bu pulların hamısının qarşısı kəsildi və Vüsalə pis adam oldu. Mən, deməli, onların aparıb ciblərinə pul qoysaydım, məndən yaxşısı olmayacaqdı. Hətta Yaşar boşanıb məni almış olsaydı, mən super qadın olacaqdım.

“Hər kəsin səhvləri var”

Mənim oğlumun 21 yaşı var, bu günə qədər haram yeməyib. Haramla ailə saxlayırsınız, haramla övlad böyüdürsünüz, elə bilirsiniz ki, yaxşı edirsiniz?! Girin günahıma. Hər kəsin həyatda səhvləri var, mənim də hər halda səhvlərim var. Və o səhvləri aradan götürmək sizin boynunuza düşübdür. Sayənizdə yerim behişt olacaq.

Yaşar və Vüsalə həyatı sizi bu qədər çox maraqlandırırsa, biz həyatımızdan məmnunuq. Sizə nə düşüb? Kim kim ilə evləndi, kim kim ilə boşandı, sabah kim kiminlə evlənəcək, sizə nə? Ürəyim istəyər, evlənərəm, ailə quraram, ərə gedərəm, ürəyim istəyər, həyatımı sıfırdan başlayaram. Sizə nə? Dünyaya gətirmisiniz məni? Əlimə iş verib çörək vermisiniz mənim? Sizə nə? Allah hər kəsin ürəyinə görə versin”.

Rövşən Tahir