SON DƏQİQƏ:

Aqil ABBAS: EVİMİ SÖKƏ BİLƏRSƏN, TORPAĞIMI YOX

  26708   |  
Şriftin ölçüsü  

( I yazı )

Bu, bizim həyətimizdi. Bu dağılan ev də bizim evimizdi.

1963-cü il. Atam bir seçim qarşısında qalmışdı. Bayat kəndindən Ağcabədiyəmi köçmək, yoxsa Ağdamamı?

Hindarxdan aşağı Ağcabədinin bütün kəndləri Ağdamla bağlı yaşayırdılar. Bazarlığa da Ağdama gedərdilər, iş dalınca da Ağdama gedərdilər və sair və ilaxır.

Həmin bölgənin insanları Ağcabədini iki dəfə görərdilər, bir pasport alanda, bir də əsgərliyə gedəndə. Mən özüm bir ağcabədili kimi birinci dəfə o rayonu 1971-ci ildə gördüm.

Atam seçim qarşısında idi. Biz Bayatdan (Ağdamdan 18 km., Ağcabədidən 32 km.) Ağdamamı köçək, yoxsa Ağcabədiyə?

Ağdamı seçdi. Çünki Ağdam çox inkişaf etmiş bir şəhər idi. 10 orta məktəbi, iki 7 illik musiqi məktəbi, muğam məktəbi, Dövlət Dram Teatrı, mədəniyyət evi, 4 kino-teatrı, 4 texnikum, muzey-filan,abad şəhər, parklar, bağlar, bulvarlar…

Bu gün Azərbaycanın hər rayonunda bir və ya iki park ola bilər, amma 60-70-ci illərdə Ağdamda 7-8 park və bulvar vardı və sair və ilaxır. Mən bu yazıda Ağdam haqqında yazmaq istəmirəm.

Və atam Ağdamı seçdi. O vaxt (yəni 1963-cü ildə) Ağdamdan ev aldı. Bu evi də həmin vaxt Ağdamda baş memar işləyən bir urus vəzifəsindən istifadə edib həyət evi tikib satırdı. Biz bu evi də həmin urusdan aldıq. Üç otaqlı bir ev idi, bir on sot da torpağı vardı. Sonra atam həmin torpağın 2 sotunu bağışladı qonşudakı hökumət evinə. Ağdamda hökumətin tikdirdiyi çoxmənzilli binalara hökumət evi deyirdilər.

Həyət bomboş idi.

Və mən şəhərdəki meyvə ağaclarından, eləcə də Kənd Təsərrüfatı Texnikumunun həyətindəki şitilliklərdən, həm də öz kəndimizdəki bağlardan pöhrələri çıxarıb gətirib həyətimizdə əkirdim. Atam bircə fındıq ağacı əkdi, onu da bilmirəm ya Zaqatala, ya da Balakəndən gətirmişdi.

Yəni həyətimizdəki bütün ağacları mən əkmişdim. İki-üç ilin içində həmin ağaclar böyüdü, hətta meyvə verməyə başladı.

İşğaldan sonra evimizə gedərkən ilk dəfə tanıdığım əlimlə əkdiyim gilas ağacı oldu. O gilas ağacı işğaldan əvvəl hələ o qədər böyümüşdü ki, yuxarı budaqlardakı gilası yığa bilmirdik.

Demək olar ki, həyətimizdəki bütün ağacları kəsiblər. Amma çox qəribədir ki, kəsdikləri ağacların yerində nar bitib. O nar ki «Quran»da açı çəkilib.

Və bir də Ağdamda dağıdılmış həyətlərdə bir az əvvəl dediyim kimi, təbii nar bitmişdi, bir də əncir ağacları. «Quran»da hər iki ağacın adı keçir.

Deməli, cənnət Ağdamdır. Çünki «Quran»da adları çəkilən meyvələr Ağdamda bitib.

Evimizə gedərkən ən çox nar ağaclarına rast gəlirdim, paçallayıblar. ANAMA demişdi ki, yoldan kənara çıxmayın, çünki minalanmış ola bilər. Amma vecimə almadım ey, keçdim minalanmış yerdən bir nar üzdüm və ləzzətlə yedim. Dünyada belə ləzzətli nar yeməmişdim.

Bu barədə əvvəlki yazılarımda yazmışam.

Məsələ nədir? Məşədi Abbas küçəsi demək olar ki, yox idi, poliklinikanın da küçəsi yox idi. Qazıblar və burdakı kommunikasiya sistemlərini söküblər. Küçələr təpə kimi görünürdü.

Fikirləşin, Qarabağdan 150 minə yaxın ev və tarixi abidələr dağıdılıb. Bunu hər gün televizyonlarda görürsünüz.

Çox maraqlıdır ki, Ermənistan əhalisi bu qədər mənzili, ictimai binaları, tarixi binaları sökmək imkanında deyildi.

Yazmaq da çətindi, demək də. Dini dinimizdən, qanı qanımızdan olan qardaşlarımız bizim hər evimizi söküb özləri üçün aparmağa 300-500 dollar pul verirmişlər. Bu dəhşətdi, faciədi, yazılası deyil.

Yəni mənim və bizlərin Ağdamda, Füzulidə və ya hardasa dopdolu evlərimizi ermənilərə pul verirsən və aparırsan. Və həmin mebelləri öz evinə qoyursan, mənim və əzizlərimin yatdığı yorğan-döşəkdə yatırsan. Mənim evimdən söküb apardığın damın altında yatırsan. Ən böyük faciə budur. Ha fikirləşirəm, bunu qəbul edə bilmirəm.

Dünya bu qədər böyük bir faşizm görməyib. Faşistlər nə işğal etdiyi əraziləri yandırırdılar, nə də həmin ərazidə yaşayan insanları öldürürdülər.

Bu dəhşətdi ki, ermənilər dünyaya yeni faşizm gətirdilər. İşğal etdiyi ərazilərdəki Azərbaycan şəhərlərini, kəndlərini, tarixi abidələri məhv etdilər.

Bizim üçün sinaqoq da, kilsə də, məscid də, hətta atəşpərəstlərin məbədləri də müqəddəsdi. Amma onlar üçün Allahın heç bir evi müqəddəs deyil.

Bu məsələni də qoyduq bir kənara. Mən öz həyətimizdən, bizim üçün ocağımız Ağcabədinin Bayat kəndi olsa da, atamın Ağdamda qurduğu və 30 il orda yaşadığımız ocaqla bağlı bir yazı yazmaq istəyirəm və həmin ocaqdakı şəkilləri paylaşmaq istəyirəm. Amma növbəti nömrəmizdə.

P.S. Bugünki yazımda həyətimizlə bağlı müəyyən şəkilləri paylaşmıram, qalsın növbəti nömrəyə.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-02
2021-03-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK