SON DƏQİQƏ:

Zaur Şirinbəy oğlu Rəhimov

  23284   |  
Şriftin ölçüsü  

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali Baş Komandan məruzə edən xüsusi təyinatlı, mayor  Zaur Şirinbəy oğlu Rəhimovdur.

Zaur müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Qubadlının  kəndləri, Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Xəstəxanaya yerləşdirilən Rəhimov əməliyyat olunub, qəlpəsi çıxarılıb. Lakin yarası sağalmadan təkidlə yenidən cəbhəyə qayıdıb, döyüşü davam etdirib. 

“Zauru xəstəxanada saxlamaq mümkün olmurdu. Şuşa uğrunda döyüşlərə qatılmaq istəyirdi, Şuşanın azad edilməsini görmək arzusundaydı, bu arzusuna çatdı. Yaralarının sağalmasını gözləmədən hospitaldan çıxıb yenidən döyüşə getdi”,-yaxınları sosial şəbəkələrdə onun haqqında yazıblar. 

Zaur ikinci dəfə Şuşa uğrunda döyüşlərdə yaralanıb. Şuşanın alınmasını Prezidentə məruzə edib və yenidən xəstəxanaya qayıdıb. Hazırda müalicəsini davam etdirir. Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. 

Lerik rayonu, Veri-Əliabad kəndindən olan Rəhimovları hamı tanıyır. Ailənin 10 övladı - 7 oğlu, 3 qızı var.  Qardaşlardan üçü birinci Qarabağ savaşında iştirak edib və yaralanıblar. Zaurun  əmisinin oğlu, Valeh Rəhimov isə şəhid olub. Zaurun bacısının iki oğlu da Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, onlardan biri şəhid olub. Zaur Rəhimov ailəlidir, övladları var.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 28, 26 23, 22, 19, 16, 14, 12, 09, 07,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK