SON DƏQİQƏ:

Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək

  22357   |  
Şriftin ölçüsü  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qələbəmizin qəhrəmanlarından biri olan, müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikintisini öhdəsinə götürüb.

Adalet.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Onun sözlərinə görə, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar. Elçin yaxın günlərdə əməliyyat olunacaq:

"Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir. Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb. Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq. Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK