SON DƏQİQƏ:

Mağara allerqoriyası və ermənilər - Eminquey yazır

  26450   |  
Şriftin ölçüsü  

1915-ci ildə Lev Tolstoyun qızı Aleksandra Tolstaya Rusiya imperiyasının təmsilçisi qismində Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Türkiyənin Van şəhərinə göndərilir və orada erməni yaraqlılarının türklərə qarşı törətdikləri vəhşiliklərin canlı şahidi olur, gördüklərini gündəliyində qeyd edir.

 “...Yerlə yeksan  olmuş Van şəhəri… Bizim gəlişimizə qədər bu şəhərdə ermənilərlə türklər arasında dəhşətli döyüşlər baş vermişdi.

Türklər ermənilər tərəfindən zəbt edilən dağüstü qalanı mühasirəyə almışdılar. Ermənilər qalanın müdafiəsi üçün vəhşi kimi vuruşurdular. Qadınlar gecələri gündüzlərə qataraq mərmilər düzəldir, türklərə atırdılar. Onlar bu vəziyyətə çox tab gətirə bilməzdilər, ərzaqları bitmişdi, silah-sursat, barıt ehtiyatı tükənmək üzrəydi. Əgər bizim kazaklar vaxtında onların köməyinə yetişməsəydi, şübhəsiz, ermənilər təslim olacaqdı. Hər iki tərəfdən xeyli sayda insan tələfatı ilə nəticələnən qanlı döyüşlər oldu. Ölənlərin meyitlərini gölə atırdılar...

Türk əsgərləri şəhəri tərk edəndə, təxminən 1000 nəfər Vandan çıxa bilmədikləri səbəbdən əsir götürüldü...”

 

 * * *


“...Ermənilər şəhərin türklər yaşayan ərazisinə od vurdular, gil tikililər çətin alışdığından onları ayrı-ayrı yandırdılar...”


“...Məni burada görəcəyim işlərlə bağlı təlimatlandırmışdılar...

İki böyük məktəb binası. Tamamilə bomboş qalmış iri otaqlarda nə çarpayı, nə stul var. Döşəmədə üstləri əsgi-üsgüylə örtülmüş çirkli, cansız bədənlər. Türklərdir… kişilər, qadınlar, qocalar, cavanlar, uşaqlar...


Körpələrin iniltisi, hönkürtü səsləri, sayıqlamalar… Bəzilərinin sifətində şübhəli ləkələr var.

Bu nədir? Cüzam?..

Çirkli, çəlimsiz əllər bizə tərəf uzanır… Qadınlar ağlaya-ağlaya: “Xanım, xanım!” – deyə yalvara-yalvara bizdən imdad diləyirlər...

Gözüm, bir küncə qısılmış, qolları, sanki ölmüş kimi qəribə şəkildə yanlarına düşən bir qadına sataşdı. Onun lap astadan gələn iniltisi güclə eşidilirdi...
 
Mənim sual dolu baxışlarıma cavabında mister Yarrou vəziyyəti izah etdi:

– Onun qollarını dartıb kökündən çıxarıblar.

– Bunu kim edib? Nə səbəbə?

– Ermənilərlə qarşıdurmalar zamanı...

– Ermənilər edib? Niyə axı onlar sadə bir qadına belə işgəncə veriblər? – heyrətlə soruşdum. – Amma qəzetlərdə oxumuşdum ki, burada vəhşiliklər törədən, erməniləri kəsib-doğrayan türklərdir. Heç nə anlaya bilmirəm...

– Qırğın hər iki tərəfdən olub. Təbii ki, hərbi qarşıdurmada başqa cür ola da bilməz. Türklərlə ermənilər arasında düşmənçilik əsrlər boyu davam edir. Amma burada – Vanda biz ermənilərin, insanlıq adına ləkə olan vəhşiliklərinin şahidi olduq. Ermənilər qadınların döşlərini kəsir, qollarını, əllərini dartıb çıxarır, ayaqlarını sındırırlar… Bu qeyri-insani vəhşilikləri, günahsız qurbanları mən öz gözlərimlə görmüşəm...”

Mağara alleqoriyası, Sokratın Yunan filosofu Platonun “Dövlət” adlı kitabının yeddinci cildində irəli sürdüyü qədim fəlsəfənin ən vacib alleqoriyalarindan biridir.


Alleqoriyaya görə, bəzi insanlar qaranlıq bir mağaraya zəncirlənir və bu insanlar başlarını sağa və ya sola çevirə bilmirlər, əksini yalnız görə bilərlər. Doğuşdan bəri bu mağarada olan insanlar mağaranın girişindən əks olunan əşyaların kölgələrini görür və onları öz reallıqları kimi qəbul edirlər. Nəhayət bir gün bu insanlardan biri zəncirlərindən qurtulub mağaranı tərk edir. Mağaradan çıxarkən bu insan mağaranın xaricində yeni bir həqiqətlə qarşılaşır və kölgələrini divarda gördüyü cisimlərin gerçək olmadığını başa düşür. Bunu mağaradakı dostları ilə bölüşmək üçün mağaraya qayıdır. Mağaradakı dostları mağaranın xaricində fərqli bir həqiqətin olduğuna inanmırlar. Mağaranın xaricindəki həqiqəti bu insanlara aşılamaq mümkün deyil.


Platonun düşüncəsi bu alleqoriya üzərində formalaşır. Onun fikrincə, cisim və fikirlərdən ibarət iki ayrı dünya vardır. İnsan cismani cisimlər aləminə aiddir və mövcuddur. Ancaq bir zamanlar mövcud olduğu fikir dünyasının izlərini mənəvi olaraq daşıyır.


Alleqoriyada mağara cəmiyyətinin, o sosial quruluşdakı zəncir qaydalarının və mağara divarına yansıyan kölgələrin cəmiyyətdə qəbul edilmiş həqiqətləri simvollaşdırdığı iddia edilə bilər. Buna görə, zəncirini qıran şəxs, həqiqətin dalınca düşən bir filosofu, soruşan bir insanı da təmsil edir.

İndi bu paşinyanlar, sarkisyanlar, köçəryanlar eynən bu mağara allerqoriyası ilə yaşayan tiplərdirlər. Bu adamlar öz monoetnik mağara xülyalarından kənara çıxanda belə başqa həqiqətləri görməkdən, qəbullanmaqdan qorxurlar. Erməni hara, mağaradan çıxıb həqiqəti dərk edib filosof olmaq hara?! 

Bu zəncirlənmənin bariz nümunəsini postlara zəncirlə bağlanmış erməni əsgərlərinin cəsədlərində gördük. Bu mağara adamları ilə hansı danışıq masasında orta nöqtəyə gəlmək olar? Dinc insanlara atəş açan qəbilə təfəkkürlü ermənilərlə hansı "insani atəşkəs"dən nəticə gözləmək olar?


Tezliklə bu mağara təfəkkürlü insanlar torpaqlarımızdan təmizlənəcək. Az qalıb. Kəlbəcərin İstisuyunu Cermuki adında dünyaya sırıyan ermənilərdən torpağımızı da, havamızı da, suyumuzu da geri qaytaracağıq. 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-02
2020-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK