İlham Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir.
Əminəm ki, xalqlarımızın ortaq tarixindən, zəngin mənəvi dəyərlərindən güc alan, dostluğa, qardaşlığa, qarşılıqlı etimad və dəstəyə əsaslanan
Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.
Hörmətli Kasım-Jomart Kemeleviç, bu böyük zəfər münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
16 Mart 2026 16:47
Sahibə Qafarova Tulia Akson ilə görüşdü
16 Mart 2026 14:17
Samir Nuriyev Xocavənddə iclas keçirdi
16 Mart 2026 11:43
“Azərbaycan müharibədə nəinki tərəf tutmur, əksinə...” – Politoloq
16 Mart 2026 10:52
“Halbuki, Qarabağ hərəkatının davam etdirilməsi yeni müharibə deməkdir”
16 Mart 2026 10:45
Prezident SOMDA hərbçilərini təltif etdi - SİYAHI
16 Mart 2026 10:34
“İranı idarə edən generallar Ermənistanı da hədəf seçə bilərlər...” – Politoloq
16 Mart 2026 09:27
Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir
14 Mart 2026 18:22


Bakı -°C

