"Sabah" "İmişli"ni darmadağın etdi
Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Adalet.az xəbər verir ki, günün ilk matçında "Sabah" "İmişli"nin qonağı olub.
Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.
"Bayquşlar"ın qollarını 10-cu dəqiqədə Stiv Solvet, 15-ci (p) və 35-ci dəqiqədə Coy-Lens Mikels, 49-cu dəqiqədə Kahim Parris, 73-cü dəqiqədə Aleksey İsayev (p) vurub.
Çempionatın lideri olan "Sabah" xallarının sayını 59-a çatdırıb. "İmişli" 22 xalla 9-cu sıradadır.
Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək.
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib. /report
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

