Azərbaycanda pensiya alanların sayı açıqlandı
2026-cı il yanvarın 1-i vəziyyətinə 1098,9 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1098,3 min) pensiyaçı qeydiyyatda olub.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statisika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,1 faizinə bərabər olub.
2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 38,8 min ailəyə 40,3 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,1 min nəfərə birdəfəlik müavinətlər verilib.
2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 95,7 manat təşkil edib.
Müxtəlif kateqoriyadan olan 406,9 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

