Sahibə Qafarova Tulia Akson ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Bakı Forumu, tədbir çərçivəsində aparılan müzakirələrin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Spiker Sahibə Qafarova indiki gərgin regional və beynəlxalq vəziyyət fonunda Azərbaycanın sülh və dialoq naminə göstərdiyi səyləri qeyd edərək, bu çərçivədə Qlobal Bakı Forumunun beynəlxalq ictimaiyyəti narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm platforma təşkil etdiyini vurğulayıb.
Tulia Akson da Qlobal Bakı Forumunun beynəlxalq platforma kimi mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin, Azərbaycan və Ermənistan arasında sülh prosesində Prezident İlham Əliyevin oynadığı mühüm rolu və təşəbbüslərini yüksək qiymətləndirərək, bunun dövlətlər arasında problemlərin həlli üçün bir model olduğunu bildirib.
Söhbət zamanı beynəlxalq əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Azərbaycan Milli Məclisinin Parlamentlərarası İttifaq çərçivəsində fəal təmsilçiliyindən, bu beynəlxalq təşkilatla Azərbaycan parlamenti arasında əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunub. Həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında da əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

