adalet.az header logo
  • Bakı -°C
16 Mart 2026 11:43
59
SİYASƏT
A- A+

“Azərbaycan müharibədə nəinki tərəf tutmur, əksinə...” – Politoloq 

“Son bir həftədir sosial mediada qarşıma bir neçə video çıxıb ki, bu halın məni narahat etmədiyini desəm, doğru olmaz. Qarşıma çıxan videolarda diqqətimi cəlb edən nüans Azərbaycanda yerləşən bir neçə məsciddə axundlar İsrail-ABŞ-İran müharibəsini diqqətə gətirərək İranın və mərhum Ayatulla Seyid Əli Xomeyninin təbliğatını aparır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib. 

Politoloqun sözlərinə görə, bu konteksdə ortaya sual çıxır ki, Azərbaycan dövləti rəsmən bu müharibədə bitərəf mövqe tutduğu halda və həmin axundlar Azərbaycan dövlətindən maaş aldığı halda niyə İran təbliğatı aparılır?:

“İkinci Qarabağ savaşında İran məscidlərində Azərbaycanın təbliğatı aparılırdı ya Ermənistana İran üzərindən silah aparılırdı? Axı İran PUA-ları Naxçıvanda hava limanı və məktəbi hədəf alanda niyə səslərini çıxarıb, bunun doğru olmadığını bildirmədilər? Hər addımda İranın Azərbaycanı sionislərlə (İsraillə) əməkdaşlıq etməkdə günahlandırıb hədələməyə cəhd edən İrana niyə etiraz etmirlər? Bu gün İranı müdafiə edən həmin şəxslər Azərbaycanda yaşamırmı yaxud ölkəmizin qanunlarını qəbul etmək istəmirmi? Nəhayət, qeyd etmək istərdim ki, Azərbaycan müharibədə nəinki tərəf tutmur, əksinə regionda sülhün və sabitliyin tərəfdarı olduğunu hər vasitə ilə bildirir. Hətta, Azərbaycan İrana humanitar yardım da göndərib. Hesab edirəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlar nəzarəti gücləndirərsə, bu ölkəmizin təhlükəsizliyi baxımından daha faydalı olar”.

Vasif ƏLİHÜSEYN